16:25 - 22.05.2025
22 may, Fineko/abc.az. Özbəkistan Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsinə qoşulub. Bu sənəd ittifaqın yaradılmasını, strateji və hərbi-siyasi əməkdaşlığı, o cümlədən üzv dövlətə hücum olunduqda birgə müdafiəni nəzərdə tutur. Siyasi şərhçilərin fikrincə, bu, birgə müdafiə öhdəliyini də əhatə edir.
ABC.AZ xəbər verir ki, bu barədə 21 may tarixində “Nezavisimaya qazeta” yazıb.
“İttifaq münasibətlərinə dair müqavilənin imzalanmasını və Şuşa Bəyannaməsinə qoşulmanı yeni bir ittifaqın formalaşması kimi qiymətləndirmək olar”, – deyə “İrəvan” Analitik Mərkəzinin rəhbəri Söhbət Məmmədov bildirib.
Məmmədov qeyd edib ki, Bakı bu addımı sırf milli maraqlardan çıxış edərək atır. Eyni zamanda türk dilli ölkələrlə əlaqələrin gücləndiyi də vurğulanır.