Beynəlxalq Mərkəz auditor axtarır

10:32 - 8.05.2025


8 may, Fineko/abc.az. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) mühasibatlığının və kadr işlərinin audit yoxlaması üçün kotirovka sorğusu elan edib.

Tenderdə iştirak haqqı 20 manatdır.

ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar təkliflərini mayın 23-nə qədər BMTM-in yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Mirzə İbrahimov küçəsi, 8 ünvanına təqdim edə bilərlər.

Təkliflərə mayın 23-də, saat 14:00-da qeyd olunan ünvanda baxılacaq.