12:14 - 7.05.2025
7 may, Fineko/abc.az. 2024-cü ildə Azərbaycanın hava nəqliyyatı ilə yük və sərnişin daşımalarından əldə etdiyi gəlirləri 4 milyard 756,4 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, bu da 2023-cü illə müqayisədə 31,2 % çoxdur.
Eyni zamanda, yük daşımalarından əldə edilən gəlir 2 milyard 657,35 milyon manat (+23,5 %) təşkil edib. Bunun da 2 milyard 655,893 milyon manatı beynəlxalq reyslərin payına düşüb. Daxili daşımalardan əldə olunan gəlir isə 1,3 % azalaraq 1,457 milyon manat olub.
Sərnişin aviadaşımaları 2 milyard 99 milyon manat gəlir gətirib ki, bu da əvvəlki illə müqayisədə 42,4 % çoxdur. Bu məbləğin 2 milyard 39,555 milyon manatını beynəlxalq reyslər, 59,445 milyon manatını isə daxili reyslər təmin edib.
Ötən ildə hava nəqliyyatı ilə 418,8 min ton yük (+17,2 %) və 4,04 milyon sərnişin (+38,9 %) daşınıb.
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
24 Sentyabr 2026
25 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026