15:20 - 5.05.2025
5 may, Fineko/abc.az. 2024-cü ildə Azərbaycanda dəmir yolu ilə yük daşımalarından əldə olunan gəlir 424 milyon manata olmaqla illik müqayisədə 1,5% azalıb.
ABC.AZ xəbər verir ki, idxal yükləri üzrə gəlirlərdə 13,7% artım, ixrac yüklərində isə 12,8% azalma qeydə alınıb. Tranzit yüklər üzrə gəlirlər stabil qalıb.
İdxal yükləri üzrə gəlirlərdə 13,7% artımla 111.55 mln. manata, ixrac yüklərində isə 12,8% azalma 86.63 mln. manat olub. Tranzit yüklər üzrə gəlirlər stabil qalıb. Tranzit yüklərinin həcmi 172.84 mln. manat olub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, beynəlxalq daşımaların həcmi 15,5 milyon tona çataraq 3% artıb. Bu artıma əsasən idxal yüklərinin 10%-lik, tranzit yüklərin isə 6,2%-lik artımı səbəb olub. Əvəzində ixrac yüklərində 13,4% azalma qeydə alınıb. Daxili daşımalar isə ötən ilə nisbətən 4,9% azalıb.
Yük dövriyyəsi 7 milyard ton-km təşkil edib və bu göstərici 4,3% artıb. Bu dövriyyənin 6,36 milyard ton-km-i beynəlxalq daşımaların payına düşür.
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
24 Sentyabr 2026
25 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026