14:31 - 2.05.2025
2 may, Fineko/abc.az. 2020-2024-cü illər ərzində kənd təsərrüfatı məhsullarının ixracı 25 faizdən çox artıb ki, bu da sektorun iqtisadiyyata töhfəsinin bariz nümunəsidir.
ABC.AZ xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti (ASK) Məmməd Musayev “Aqrobiznesin İnkişafı Forumu-4: Harmoniyaya gedən yol” mövzusunda tədbirdə çıxışı zamanı deyib.
Təkcə 2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycan sahibkarları xaricə 153,3 milyon dollar dəyərində meyvə-tərəvəz, 14 milyon manat içki məhsulları, 40 milyon manat pambıq lifi ixrac ediblər.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026