14:44 - 28.04.2025
28 aprel, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 2024-cü il üzrə illik maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.
Tenderdə iştirak haqqı 56 manatdır.
ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar təkliflərini mayın 8-nə qədər KOBİA-nın yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospekti, 134 ünvanına təqdim edə bilərlər. Təkliflərə mayın 8-də, saat 17:30-da qeyd olunan ünvanda baxılacaq.