Tramp açıq dənizdə faydalı qazıntıların hasilatını sürətləndirmək barədə fərman imzalayıb

16:27 - 25.04.2025


25 aprel, Fineko/abc.az. ABŞ Prezidenti Donald Tramp açıq dənizdə faydalı qazıntıların hasilatını sürətləndirməyə yönəlmiş genişmiqyaslı fərman imzalayıb.

ABC.AZ xəbər verir ki, bu addım, ABŞ-ın ərazi və beynəlxalq sularında nikel, mis və nadir torpaq elementləri kimi strateji əhəmiyyətli mineralların dəniz dibindən hasilatını sürətləndirməyi hədəfləyir.

Fərmanın məqsədi bu sahədə Çinin artan təsirini azaltmaq və hasilat üçün lisenziyaların verilməsini asanlaşdırmaqdır. Greenpeace və Beynəlxalq Dəniz Dibi İdarəsi kimi ekoloji təşkilatlar bu təşəbbüsü dəniz ekosistemləri üçün təhlükə kimi qiymətləndirirlər.