10:29 - 17.04.2025
17 aprel, Fineko/abc.az. Azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri ilə yanaşı köç prosesi də sürətlə davam edir.
ABC.AZ xəbər verir ki, bu il keçmiş məcburi köçkünlərin yeni ərazilərə köçürülməsi planlaşdırılır.
2025-ci ildə Kəlbəcər rayonuna da köç olacağı gözlənilir. Bu barədə ötən il rəsmi şəxslər məlumat verib. Artıq rayonda köçə hazırlıq getdiyi bildirilir.
Milli Məclisin Kəlbəcərdən olan sabiq deputatı, Kəlbəcər Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov bildirib ki, bu ilin may ayının sonu – iyun ayının əvvəllərində Kəlbəcər şəhərinə ilk köç gözlənilir:
“Bu il nəzərdə tutulan köç karvanının təxminən may ayının sonu – iyun ayının əvvəllərində yola düşməsini gözləyirik. Bizdə olan məlumata görə, artıq Kəlbəcər şəhərində 300-dən çox ailənin köçürülməsi üçün şərait yaradılıb”.
31 İyul 2026
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026