Rusiyalıların may bayramları üçün populyar istiqamətləri açıqlanıb

11:13 - 10.04.2025


10 aprel, Fineko/abc.az. Rusiyalılar arasında Türkiyə, Ermənistan və Azərbaycan xaricdə populyar istiqamətlər olaraq qalır. Daşkəndə erkən aviabilet sifarişlərinin sayı təxminən beş dəfə, Minskə isə altı dəfə artıb. Mayda Osaka (2,5 dəfə), Səmərqənd (3 dəfə) və Bangkoka (3 dəfə) səyahətlərə tələbat da artıb.

ABC.AZ xəbər verir ki, 2025-ci ildə Rusiyalıların may tətilinə xarici ölkələrə erkən aviabilet sifarişlərinin sayı keçən illə müqayisədə iki dəfədən çox artıb, Ozon Travel xidmətindəki marşrutların sayı isə 700-ə yüksəlib. Daxili istiqamətlərə tələbat xeyli — 75%-dən çox artıb. Rusiya daxilində aviabiletlər üçün orta çek də 10% artıb.