16:18 - 4.04.2025
4 aprel, Fineko/abc.az. Azərbaycan Texniki Universiteti “Türkiyə Azərbaycan Universiteti müəllimlərinin aviabiletləri və mehmanxana xərclərinin satınalınması” tenderinin nəticələrini elan edib.
ABC.AZ xəbər verir ki, tenderin qalibi “Vega Travel Management” MMC (VÖEN: 1504886571) olub.
Qalib şirkətə 521 488 manat ödəniləcək.
Tender çərçivəsində Türkiyə Azərbaycan Universitetinin tədris binasına 1 km məsafədə yerləşən, 3 ulduzlu bir mehmanxanada xidmət göstərilməsi planlaşdırılır. Mehmanxanada standart iki nəfərlik otaqlar təqdim olunacaq və səhər yeməyi qiymətə daxil ediləcək. Bundan əlavə, qonaqlar üçün fitnes mərkəzindən istifadə imkanı da təmin olunacaq. Bu xidmətin ümumilikdə 1560 gün müddətində göstərilməsi nəzərdə tutulur.
Bundan başqa, 580 nəfər üçün Türkiyə və Azərbaycan arasında aviabiletlərin təmin edilməsi planlaşdırılır. Bu çərçivədə İstanbul-Bakı-İstanbul, Ankara-Bakı-Ankara, Bakı-İstanbul-Bakı və Bakı-Ankara-Bakı istiqamətləri üzrə uçuşlar təşkil ediləcək.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
29 İyul 2026