İpoteka kreditləri üzrə orta illik faiz dərəcəsi 7,5 % olub

15:29 - 3.04.2025


3 aprel, Fineko/abc.az. Bu ilin I rübündə Azərbaycanda ipoteka bazarında müvəkkil banklar arasında rəqabət mühitinin gücləndirilməsi davam etdirilib, ipoteka kreditləri üzrə maksimal faiz dərəcəsinin illik 8 % müəyyən olunmasına baxmayaraq, bir sıra banklar tərəfindən daha aşağı faiz dərəcələri ilə ipoteka kreditlərinin verilməsi davam etdirilib.

ABC.AZ İpoteka və Kredit Zəmanət Fonduna istinadən xəbər verir ki, nəticədə, yanvar-mart aylarında adi ipoteka kreditləri üzrə orta illik faiz dərəcəsi 7,5 % təşkil edib.

İpoteka və Kredit Zəmanət Fondu 2006-cı ildən etibarən ölkədə uzunmüddətli ipoteka kreditləşməsinin maliyyələşdirilməsini həyata keçirir. Fond Ölkə Prezidentinin 22 iyun 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na uyğun olaraq fəaliyyət göstərir.