Yaponiya Hakuto-R M2 modulunun Aya eniş tarixini açıqladı

19:18 - 7.03.2025


7 mart, Fineko/abc.az. Yaponiyanın Hakuto-R M2 modulu Ay səthinə enməyə hazırlaşır. 

ABC.AZ xəbər verir ki, eniş iyunun 5-nə Bakı vaxtı ilə saat 23:24-də planlaşdırılır. Təxmini eniş yeri Soyuq Dənizin şimal hissəsidir, lakin gözlənilməyən hallar üçün üç ehtiyat sahəsi var. Onlara eniş 6-8 iyun tarixləri arasında həyata keçirilə bilər.  

Ispace-in baş direktoru Takeşi Xakamada, bütün mərhələlərin yaxşı keçdiyindən və əvvəlki missiyanın təcrübəsindən səmərəli istifadə etdiyini qeyd edərək missiyanın gedişatından məmnun olduğunu bildirdi.
Xatırladaq ki, Falcon 9 raketinin Hakuto-R M2 modulu ilə buraxılması yanvarın 15-də Kanaveral burnundakı kosmodromdan baş tutmuşdu. Fevral ayında modul Ayın ətrafında uçuşu uğurla başa vurmuşdu.