CDEK, Amazon anbarlarına malların çatdırılması xidmətini işə salıb

11:57 - 5.03.2025


5 mart, Fineko/abc.az. Çatdırılma operatoru CDEK, ABŞ-ın Amazon şirkətinin anbarlarına malların çatdırılması xidmətini həyata keçirməyə başlayıb. 

ABC.AZ xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən bildirilib.
CDEK-də bildiriblər ki, fevral ayında Dubaydakı Amazon anbarına ilk sifariş göndərilib. Sifarişdə parfümeriya məhsullarının bir neçə artikulu var idi, onun daşınması Fulfillment by Amazon Proqramının tələblərinə uyğun olaraq həyata keçirilmişdir.