11:36 - 4.03.2025
4 mart, Fineko/abc.az. Azərbaycan və Qazaxıstan kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi, birgə layihələrin icra edilməsi və nəzərdə tutulan planların həyata keçirilməsi barədə razılığa gəliblər.
ABC.AZ xəbər verir ki, bu barədə Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi məlumar yayıb. Bununla bağlı razılıq kənd təsərrüfatı üzrə işçi qrupunun ilk iclasında əldə olunub.
Videokonfrans formatında keçirilmiş iclasda iki ölkənin kənd təsərrüfatı nazirlərinin müavinləri Elçin Zeynalov və Ermek Kenjehanulı iştirak ediblər.
"Görüşdə aqrar sektorda ikitərəfli əməkdaşlığın inkişafının əhəmiyyəti vurğulanıb. İşçi qrupun yaradılmasının qarşılıqlı fəaliyyətin gücləndirilməsinə və əməkdaşlığın konkret istiqamətlərinin müəyyənləşdirilməsinə yönəldiyi qeyd olunub. Tərəflər kənd təsərrüfatı məhsulları ticarətinin genişləndirilməsini müzakirə ediblər. Qeyd olunub ki, 2024-cü ildə bu seqmentdə əmtəə dövriyyəsi 2023-cü illə müqayisədə 5,6 % artaraq 78,6 milyon ABŞ dolları təşkil edib", - məlumatda vurğulanıb. (Report)