Müştərinin hesabına səhvən 280 dollar əvəzinə 81 trilyon dollar pul köçürüldü

16:09 - 28.02.2025


28 fevral, Fineko/abc.az. “Citigroup” əməkdaşı təsadüfən müştərinin hesabına 280 dollar əvəzinə 81 trilyon dollar pul köçürüb.

ABC.AZ xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzetinin məlumatında qeyd edilib.

Hadisə ötən ilin aprelində baş verib və xətanın aradan qaldırılması bir neçə saat çəkib.

Əməliyyat bir neçə saat sonra, pul alıcının bank hesabından çıxmazdan əvvəl ləğv edilib. “Citigroup” hadisə ilə bağlı Federal Ehtiyatlar Sistemini (FED) və Valyuta Nəzarəti Ofisini xəbərdar edib.

“FT”nin “Citigroup”un daxili hesabatına istinadən qeyd etdiyi kimi, keçən il 1 milyard dollardan çox məbləğdə vəsaitin köçürülməsi ilə bağlı on oxşar hadisə baş verib, 2023-cü ildə 13 belə hal olub.