Peyk məlumatları bunları müəyyən etməyə kömək edir - Detallar

15:15 - 25.02.2025


25 fevral, Fineko/abc.az. Peyk məlumatları aqrar sahədə müxtəlif istiqamətlərdə istifadə edilir. Məsələn, naviqasiya peykləri kənd təsərrüfatı texnikalarının izlənməsi və planlaşdırılmasına kömək edir ki, bu da sərf olunan maliyyə resurslarına qənaət etməyə imkan verir. Telekommunikasiya peykləri isə rabitə infrastrukturu olmayan ucqar bölgələrdə internet bağlantısını təmin edir.

ABC.AZ xəbər verir ki, bunu Kosmik Agentliyin (“Azərkosmos”) Coğrafi İnformasiya Sistemləri Mərkəzinin direktoru İsmət Baxışov bildirib. Daha sonra sözlərinə bu fikirlərlə davam edib:

"Bundan əlavə, Yerin məsafədən müşahidəsi peyklərindən əldə edilən məlumatlar əsasında hazırlanan istinad xəritələri torpaq tipləri, əkin sahələri, torpağın münbitlik dərəcəsi, şorlaşma səviyyəsi və qrunt sularının dərinliyi kimi vacib göstəriciləri müəyyən etməyə kömək edir".