Azərbaycan ilə Pakistan arasında imzalanmış sənədlər mübadilə edilib

14:09 - 24.02.2025


24 fevral, Fineko/abc.az. Fevralın 24-də Azərbaycan ilə Pakistan arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə mübadiləsi mərasimi olub.

ABC.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə “Frontier Works Organisation” (FWO) və “Pakistan State Oil Company Limited” şirkəti arasında Anlaşma Memorandumunu Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və “Frontier Works Organisation” şirkətinin Baş direktoru Abdul Sami mübadilə etdilər.

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə “Pakistan Refinery Limited” (PRL) və “Pakistan State Oil Company Limited” şirkəti arasında Anlaşma Memorandumunu Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və “Pakistan Refinery Limited” şirkətinin İcraçı direktoru Zahid Mir mübadilə etdilər.

“SOCAR Trading SA” ilə “Pakistan LNG Limited” arasında mayeləşdirilmiş təbii qaz yüklərinin alqı-satqısı ilə bağlı Çərçivə Sazişinə 1 nömrəli Əlavəni Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və “Pakistan LNG Limited” şirkətinin İcraçı direktoru Masood Nabi mübadilə etdilər.

“SOCAR Trading SA” ilə Pakistan İslam Respublikasının “Pakistan State Oil Company Limited” şirkəti arasında Anlaşma Memorandumunu və “SOCAR Trading SA” ilə Pakistan İslam Respublikasının “Pakistan State Oil Company Limited” şirkəti arasında neft məhsullarının uzunmüddətli alqı-satqı Sazişini Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və “Pakistan State Oil Company Limited” şirkətinin İcraçı direktoru Syed Muhammad Taha mübadilə etdilər.