Bu ölkə Bill Qeyts vaksinlərinin hazırlanması Fondu ilə əməkdaşlıq edəcək

15:22 - 14.02.2025


14 fevral, Fineko/abc.az. İndoneziya ilə Epidemiyalara hazırlıq sahəsində innovasiya Koalisiyası (CEPI) arasındakı əməkdaşlıq ölkə prezidenti Prabovo Subiantonun prioritetlərinə uyğundur.

ABC.AZ xəbər verir ki, bu barədə İndoneziyanın xarici işlər nazirinin müavini Arrmanata Nasir bildirib.

Armanatta Nasirin sözlərinə görə, CEPI ilə əməkdaşlıq prezident Prabovo Subianto tərəfindən təyin olunan ölkənin siyasət prioritetlərinə uyğundur.

Fondun təşkilatçılarına görə, təşkilatın missiyası yeni yoluxucu xəstəliklərə qarşı peyvəndlərin hazırlanması üzrə müstəqil tədqiqat layihələrinin maliyyələşdirilməsi, eləcə də inkişaf etməkdə olan ölkələrin peyvəndlərinə çıxışın təmin edilməsidir.