15:19 - 4.02.2025
4 fevral, Fineko/abc.az. Qırğızıstanın Kənd Təsərrüfatı Nazirliyində digər ölkələrə kartof ixracını müvəqqəti məhdudlaşdırmaq təklif edilib.
ABC.AZ xəbər verir ki, bu barədə fevralın 3-də qurumun mətbuat xidməti məlumat verib. Bildirilir ki, bu, öz bazarında tərəvəz çatışmazlığının qarşısını almaq və ərzaq qiymətlərinin artmasının qarşısını almaq üçün zəruri tədbirdir.
Xatırladaq ki, 1 fevral 2025-ci ildə kənd təsərrüfatı naziri Bakıt Torobayev yerli özünüidarəetmə orqanlarına ərzaq məhsullarının qiymətlərini diqqətlə izləməyi tapşırmışdı.
27 İyul 2026