15:28 - 27.01.2025
27 yanvar, Fineko/abc.az. 2024-cü ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2023-cü illə müqayisədə 42,0 faiz artaraq 694,2 milyon manat olub ki, onun da 65,5 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 24,5 faizi ictimai iaşə xidmətlərindən, 2,5 faizi müalicə və sağlamlıq xidmətlərindən, 7,5 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 24 faiz olmuşdur (2023-cü ildə 20,1 faiz).
Bu göstərici Şabranda 62,9 faiz, Naftalanda 46,1 faiz, Bakıda 39,3 faiz, Qusarda 27,0 faiz, Sabirabadda 23,7 faiz, Qəbələdə 23,5 faiz, Qubada 22,2 faiz, Ağstafada 19,2 faiz, Ağcabədidə 17,6 faiz, Beyləqanda 17,5 faiz, Şamaxıda 17,4 faiz, Lənkəranda 17,3 faiz, digər şəhər və rayonlarda isə 17,3 faizdən aşağı olub.
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026