“Tesla” gələn il buna görə 1 milyard avrodan çox qazanacaq

15:58 - 9.01.2025


9 yanvar, Fineko/abc.az. “Tesla” 2025-ci ildə rəqiblərinin Avropa İttifaqı (Aİ) qanunvericiliyinə əməl etmə problemlərindən dolayı 1 milyard avrodan çox gəlir əldə edəcək.

ABC.AZ xəbər verir ki, kvota ticarəti sisteminə uyğun olaraq, emissiya limitlərinə çatmaq üçün kifayət qədər elektrikli nəqliyyat vasitələri istehsal etməyən şirkətlər, Aİ tənzimləyicilərinin cəzasından qaçmaq üçün bu həddə çatan şirkətlərə ödəniş edə bilərlər.

Yanvarın 7-də dərc edilən sənədə görə, “Tesla”ya artıq “Toyota”, “Ford”, “Mazda”, “Subaru” və “Stellantis” də qoşulub. Eyni zamanda, “Stellantis”in keçmiş baş direktoru Karlos Tavares daha əvvəl şirkətin emissiya hədəflərini təkbaşına yerinə yetirə biləcəyini iddia etmişdi.