Avtomobil istehsalçısı “Stellantis” Türkiyədəki biznesini satır

16:44 - 8.01.2025


8 yanvar, Fineko/abc.az. Türkiyənin Rəqabət Palatası “Stellantis NV”nin yerli distribusiya biznesini “Tofaş Türk Otomobil Fabrikası AŞ”yə satmaq qərarını yenidən nəzərdən keçirmək üçün çərşənbə günü görüş keçirəcək.

ABC.AZ xəbər verir ki, bu barədə məsələdən məlumatlı mənbələr Bloomberg agentliyinə bildirir.

Qurum ilkin olaraq ötən il €400 milyon ($420 milyon) dəyərindəki bu sövdələşməni, şirkətlərin tənzimləmə məsələləri ilə bağlı kifayət qədər öhdəlik götürməməsi səbəbilə rədd etmişdi. Qərar, “Tofaş”a Türkiyədə “Stellantis” markalarını, o cümlədən “Peugeot”, “Citroën”, “Opel” və “DS Automobiles”i eksklüziv idxal və distribusiya hüquqlarını verməmişdi.

Bloomberg-in ötən ay yaydığı məlumata görə, hökumət rəsmiləri ilə “Tofaş” rəhbərləri arasındakı danışıqlardan sonra tənzimləyicinin qərarını yenidən qiymətləndirməyə hazırlaşdığı bildirilmişdi.

Türkiyə Rəqabət Qrupu mövzu ilə bağlı şərh verməkdən imtina edib.