Azərbaycanda bəzi xidmətlərə sıfır ƏDV tətbiq ediləcək

11:47 - 29.12.2024


29 dekabr, Fineko/abc.az. Bildiyiniz kimi, Prezident İlham Əliyev dekabrın 16-da Milli Məclisin qəbul etdiyi "Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" qanunu təsdiq edib.

ABC.AZ xəbər verir ki, Vergi Məcəlləsinə vergi yükünün azaldılmasına və sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə yönəlmiş mühüm dəyişikliklərdən biri də, qeyri-rezidentlərin sifarişi ilə gəmiqayırma və gəmi təmiri müəssisələri olan gəmilərin, digər dəniz və su nəqliyyat vasitələrinin, habelə hidrotexniki qurğuların təmiri xidmətlərinə sıfır ƏDV-nin tətbiq edilməsidir.

Bunun tətbiqinin gəmi təmiri layihələri üçün rəqabətqabiliyyətli qiymətlər yaratması, müştərilərlə sıx əməkdaşlıq qurması, yeni iş yerləri yaratması və ölkəni bölgədəki rəqabətli gəmi təmiri mərkəzinə çevirməsi gözlənilir.