10:09 - 25.12.2024
25 dekabr, Fineko/abc.az. “Apple Inc” 2025-ci maliyyə ilində satışları rekord həddə çatdıracaq.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bunu “Wedbush”un analitiki Den Ayvz proqnozlaşdırır.
Onun fikrincə, dünyada yüz milyonlarla insan yaxın aylarda süni intellekt imkanlarına malik ən son "iPhone" modellərini alacaq. Onun hesablamalarına görə, təxminən 300 milyon "iPhone" sahibi son 4 il və ya daha çox müddətdə smartfonlarını yeniləməyib.
Ayvz hesab edir ki, “Apple” kapitallaşması 4 trilyon dolları ötəcək ilk şirkət olacaq. Üstəlik, o, bunun 2025-ci ilin əvvəlində baş verəcəyini gözləyir.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026