14:19 - 24.12.2024
24 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 1 milyard 222,166 milyon manat sığorta haqqı toplanılıb.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 10,3 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 694,053 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 39,5 % çoxdur.
11 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 56,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 44,9 manat olub.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026