2025-ci ildə AB və İngiltərədə taxıl istehsalı olduqca artacaq

17:09 - 23.12.2024


23 dekabr, Fineko/abc.az. 2025-ci ildə AB və İngiltərədə taxıl istehsalı 2024-cü ildəki 278,5 milyon tondan 297,8 milyon tona çatacaq.

ABC.AZ xəbər verir ki, proqnoz Avropa taxıl istehsalçıları birliyi COCERA tərəfindən verilib.

Buğda istehsalının 2024-cü ildə 125,5 milyon tona qarşı 140,4 milyon ton olacağı gözlənilir. Təxmin edilir ki, arpa 57,3 milyon tona qarşı 59,7 milyon ton, qarğıdalı 60,2 milyon tona qarşı 61,9 milyon ton alınacaq.

FranceAgriMer, ilin sonunda Fransanın yumşaq buğda ixracatının 4 milyon tona qədər azalacağını proqnozlaşdırır ki, bu da əvvəlki ilə nisbətən 61% azdır. Aİ daxilində ixrac proqnozu ötən ilin göstəricilərinə nisbətən 6 milyon tona, 4,5%-ə endirilib.