Çinin elektromobil istehsalçıları Avropa bazarına daxil olmaqda çətinlik yaşayır

15:07 - 23.12.2024


23 dekabr, Fineko/abc.az. Çinin elektromobil istehsalçıları Avropa İttifaqında (Aİ) bazara daxil olmaqda çətinlik çəkirlər.

ABC.AZ xəbər verir ki, Çinin elektromobil (EV) istehsalçıları son 8 ayda Avropanın elektromobil bazarında ən kiçik paya sahib olublar.

Avtomobil tədqiqatçısı “Dataforce”a görə, BYD və SAIC-in MG şirkətinin hesabına noyabr ayında Avropada 7,4%-lik paya sahib olublar.

Oktyabr ayında bu göstərici 8,2% idi.

Bu göstərici həm də mart ayından bəri ən aşağı səviyyədir.