15:50 - 10.12.2024
10 dekabr, Fineko/abc.az. Çinin “Xiaomi” korporasiyası "YU7" elektrikli avtomobilinin buraxıldığını elan edib.
ABC.AZ xəbər verir ki, şirkətdən bildirilib ki, avtomobilin uzunluğu 4999 mm, eni 1996 mm və hündürlüyü 1600 mm, təkər bazası 3000 mm-dir.
Elektromobilin boş çəkisi 2405 kiloqramdır. Bu, artıq ikinci "Xiaomi" elektromobilidir. Belə ki, bundan əvvəl mart ayında "Xiaomi SU7" avtomobili bazara çıxarılmışdı.
Model öndə 220 kilovat, arxada isə 288 kilovatlıq elektrik mühərriki ilə təchiz edilib. Avtomobilin maksimal sürəti saatda 253 kilometrlə məhdudlaşdırılıb.
Krossover 2025-ci ilin iyun-iyul aylarında satışa çıxarılacaq . Avtomobil "Tesla" "Model Y" ilə rəqabət aparacaq.
Müəllif: Elmir Murad
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
24 Sentyabr 2026
25 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026