Qazaxıstan Xəzəryanı ölkələrə ixracın artırılması üçün mərkəz yaradır

15:44 - 10.12.2024


10 dekabr, Fineko/abc.az. Qazaxıstan 100 milyondan çox əhalisi olan Xəzəryanı region ölkələri (Azərbaycan, Türkmənistan, İran, Rusiya Federasiyası) üçün nəzərdə tutulmuş "Xəzər qovşağı" konteyner Mərkəzinin yaradılması üzərində iş aparır.

ABC.AZ xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Ticarət və İnteqrasiya naziri Arman Şakkaliyev bildirib.

Qazaxıstan nazirinin sözlərinə görə, bu cür obyektlərin tikintisi sərhəd ölkələri ilə ticarət qarşılıqlı fəaliyyətini sürətləndirəcək, qeyri-xammal ixracını 30% artıracaq və biznes üçün logistik prosedurları sadələşdirəcək.