15:13 - 27.11.2024
27 noyabr, Fineko/abc.az. Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda orta illik inflyasiyanın bu il 2023-cü ildəki 8,8 %-dən 3,5 %-ə qədər azalacağını proqnozlaşdırır.
ABC.AZ xəbər verir ki, bu barədə məlumat bankın hesabatında öz əksini tapıb.
EBRD-nin proqnozlarına görə, Azərbaycanın tədiyyə balansının cari hesabının profisitinin ÜDM-yə nisbətinin ötən ildəki 9,9 % qarşı 2024-cü ilin yekunlarına dair 8,5 % təşkil edəcək.
Bank Azərbaycandakı cari makroiqtisadi mühitə toxunaraq qeyd edir ki, 2024-cü ildə ÜDM-in artım tempi sürətlənib, inflyasiya isə yavaşlayıb. Neft-qaz sektoru “mavi yanacağa” olan güclü tələbat sayəsində artım trayektoriyasına qayıdıb. “İnflyasiya Mərkəzi Bankın hədəf diapazonu həddində (4+/-2) qalır”, – EBRD qeyd edib.
Bildirilir ki, enerji daşıyıcılarının ixracı və dövlət investisiyaları növbəti illərdə ölkənin ÜDM artımını stimullaşdırmağa davam edəcək.
“Bizim qiymətləndirmələrimizə görə, Azərbaycanda real ÜDM artımı 2024-cü ildə 3,8 %, 2025-ci ildə isə 2,7 % təşkil edəcək. Proqnoz neft və qaz qiymətlərinin dəyişməsinə, həmçinin regionda geosiyasi qeyri-sabitliyə qarşı çox həssasdır”, – hesabatda vurğulanıb.
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026