Gələn il 130 min nəfər işədüzəltmə ilə işə düzələcək - Nazirdən fantastik açıqlama

15:31 - 21.11.2024


21 noyabr, Fineko/abc.az. Gələn il işədüzəltmə ilə bağlı hədəf 130 min nəfərdir.

ABC.AZ xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə büdcə zərfinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, cari ilin 10 ayında toplanmış vakansiyalar çərçivəsində 61 min aktiv vakansiya formalaşdırılıb: “Bu baxımdan, növbəti ildə 130 min nəfərin işə düzəltməsi hədəfinə nail ola biləcəyik”.

Nazir onu da qeyd edib ki, 2018-2024-cü illər ərzində 624 min nəfər Dövlət Məşğulluq Agentliyi tərəfindən işlə təmin olunub.