11:57 - 21.11.2024
21 noyabr, Fineko/abc.az. Çinin Hyperview şirkəti 2026-cı ildə Səudiyyə Ərəbistanında təxminən 50 milyon dollar sərmayə yatıraraq avtobus istehsalına başlamağı planlaşdırır.
ABC.AZ xəbər verir ki, şirkət nümayəndələri, Səudiyyə Ərəbistanının qarşıdakı illərdə geniş miqyaslı hidrogen istehsalına can atdığını nəzərə alaraq bu ortaqlığın vacibliyini vurğuladılar.
Səudiyyə Ərəbistanı hidrogen enerjisini fəal şəkildə inkişaf etdirir, dünyanın ən böyük hidrogen istehsalçılarından biri olmağa çalışır.
2024-cü ildə ölkə ən azı 10 milyard dollar sərmayə ilə "yaşıl" hidrogen istehsalını maliyyələşdirəcək Energy Solutions Co. şirkətinin yaradıldığını elan etdi.
Bundan əlavə, 2023-cü ilin may ayında 23 bank və investisiya firması ilə dəyəri 8,4 milyard dollar olan "yaşıl" hidrogen istehsalı zavodunun tikintisi üçün saziş imzalanmışdı.
Səudiyyə Ərəbistanı ilə Hyperview tərəfdaşlığı, ölkənin hidrogen istehsal planlarını nəzərə alaraq təmiz nəqliyyatın inkişafına kömək edəcək.
8 Avqust 2026
7 Avqust 2026