16:05 - 19.11.2024
19 noyabr, Fineko/abc.az. 2024-cü ilin doqquz ayı ərzində ölkədə 69,6 min yeni iş yerləri açılıb.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə yaradılmış iş yerlərinin 92,8 faizi qeyri-dövlət sektorunda açılıb.
Yeni açılmış iş yerlərinin 77,4 faizi Bakı şəhərinin, 2,3 faizi Naxçıvan Muxtar Respublikasının, 20,3 faizi digər regionların, o cümlədən 4,3 faizi Abşeron-Xızı, 2,7 faizi Quba-Xaçmaz, 2,5 faizi Gəncə-Daşkəsən, 2,0 faizi Lənkəran-Astara, 1,9 faizi Şirvan-Salyan, 1,7 faizi Qarabağ, 1,3 faizi Qazax-Tovuz, 1,2 faizi Şəki-Zaqatala, 1,0 faizi Şərqi Zəngəzur, 0,9 faizi Mərkəzi Aran, 0,5 faizi Mil-Muğan, 0,3 faizi isə Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb.
Yeni açılmış iş yerlərinin 11,9 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 87,1 faizi mövcud müəssisə və təşkilatlarda, 0,3 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 0,7 faizi isə digər tədbirlər üzrə yaradılıb.
Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 25,9 faizi tikinti, 17,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 9,3 faizi emal sənayesi, 8,0 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 6,9 faizi peşə, elmi və texniki fəaliyyət, 6,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,0 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 3,8 faizi təhsil, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 2,4 faizi informasiya və rabitə, 8,6 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
25 Sentyabr 2026
23 Sentyabr 2026