14:17 - 30.08.2018
30 avqust, Fineko/abc.az. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Azərbaycan Ordusunda idman yarışlarının keçirilməsi haqqında illik əmrinə əsasən hərbi qulluqçular arasında növbəti səmti müəyyən etmə yarışları başlayıb.
Ayrı-ayrı qoşun növləri və xidmət sahələrindən yarışlara cəlb edilən komandalar ərazidə səmti müəyyən etmək üzrə bacarıqlarını sınayırlar.
Hərbi qulluqçular fərdi, qrup və patrul hərəkəti üzrə birincilik uğrunda mübarizə aparırlar.
Müdafiə Nazirliyinin məsul zabitlərinin idarəçiliyi ilə keçirilən yarışlar sentyabr ayının 3-də mükafatlandırma mərasimi ilə sona çatacaq.
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026