10:42 - 30.10.2024
30 oktyabr, Fineko/abc.az. “Müharibədən sonra Ukrayna üçün Rusiya ilə iqtisadi əlaqələr nəinki mümkündür, hətta olduqca zəruridir”.
ABC.AZ xəbər verir ki, Ukraynanın keçmiş prezidenti Leonid Kuçma belə bir açıqlama verib.
Onun fikrincə, bu, Rusiyadan təzminat almaq üçün lazımdır.
“Əks təqdirdə, necə təzminat alacağıq? Başqa əlaqələri, həm də müharibədən sonrakı ilk illərdə, mən təsəvvür etmirəm”, - deyə o vurğulayıb.
8 Avqust 2026
8 Avqust 2026