ARDNF Ərəbistana investisiya yatırır?

16:53 - 29.10.2024


29 oktyabr, Fineko/abc.az. Dövlət Neft Fondu (ARDNF) Səudiyyə Ərəbistanı Krallığında investisiya imkanlarının araşdırılması məqsədilə Hassana İnvestisiya Şirkəti ilə Anlaşma Memorandumu imzalayıb.

ABC.AZ ARDNF-ə istinadən xəbər verir ki, Anlaşma Memorandumu, Hassana İnvestisiya Şirkətinin İcraçı direktoru Saad bin Abdulmohsen Al-Fadli və ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov tərəfindən imzalanıb

“Bu Anlaşma Memorandumu yalnız iki maliyyə qurumunun razılaşması deyil, eyni zamanda strateji investisiyalar və dayanıqlı inkişaf üçün ortaq məqsədlərə yönəlmiş tərəfdaşlığın başlanğıcıdır. Bu əməkdaşlıq ARDNF-nin “Vision 2030” strateji hədəfləri çərçivəsində əhəmiyyətli inkişaf və transformasiya dövründən keçən Səudiyyə Ərəbistanındakı investisiya strategiyası baxımından əhəmiyyətli bir mərhələdir. Biz Hassana ilə qarşılıqlı maraq doğuran layihələri müəyyən etmək və inkişaf etdirmək üçün birgə çalışmağa hazırıq”deyə, fondun rəhbəri İsrafil Məmmədov öz çıxışında bildirib.

Saad bin Abdulmohsen Al-Fadli bu tərəfdaşlığın Hassana İnvestisiya Şirkəti üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb:

“Hər iki tərəfə Səudiyyə Ərəbistanının investisiya sektorundakı yeni imkanlardan faydalanmağa kömək edəcək bu memorandum sayəsində əməkdaşlığımız, özəl səhm, daşınmaz əmlak və infrastruktur sahələrinə fokuslanaraq uzunmüddətli dəyər yaratmağı hədəfləyir.”