14:39 - 29.08.2018
29 avqust, Fineko/abc.az. Sabah, avqustun 30-da Bakıda və Abşeronda hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Abşeron yarımadasında gecə 20-24, gündüz 28-33, Bakıda gecə 22-24, gündüz 30-32 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 65-70%, gündüz 40-50% təşkil edəcək.
Avqustun 30-da Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 25-26 dərəcə isti təşkil edəcək. Mülayim cənub-şərq küləyi əsəcək.
Azərbaycanın rayonlarında sabah hava şəraiti yağmursuz keçəcək. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək.
Gecə 18-23, gündüz 31-36, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə isti olacaq.