10:16 - 25.10.2024
25 oktyabr, Fineko/abc.az. 2021-2023-cü illərdə Azərbaycan şirkətlərinin 3-cü ölkələrdən beynəlxalq yük daşımalarının sayı 3 dəfə artıb.
ABC.AZ xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Yükdaşımalar departamentinin rəhbəri Sübhan Əbilov bildirib.
“Əgər 2021-ci ildə Azərbaycan şirkətləri 3-cü ölkələrdən 13 min 979 daşıma həyata keçirmişdisə, 2023-cü ildə isə bu göstərici 42 min 627 olub”, – deyə o qeyd edib.
“3-cü ölkələrdən beynəlxalq yük daşımaları, həm xidmətlərin ixracı, həm də ölkəyə valyuta gətirilməsi baxımından son dərəcə mühüm daşıma növüdür: Söhbət başlanğıc və son təyinat məntəqəsi Azərbaycan olmayan, ancaq milli daşıyıcının yerinə yetirilən daşımalardan gedir. Bu istiqamətdə müsbət nəticələr əldə edilib”, – deyə AYNA rəsmisi əlavə edib. (Report)
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
24 Sentyabr 2026
25 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026