10:35 - 29.08.2018
29 avqust, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti 0,64 dollar (0,83%) bahalaşıb.
Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 78,15 dollar təşkil edir.
“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.
“NYMEX” birjasında “WTI” markalı neftin oktyabr fyuçersinin qiyməti 28 avqust tarixli ticarətin nəticəsində 0,34 dollar (0,49%) enərək bir barelə 68,53 dollar təşkil etmişdir.
“ICE” birjasında “Brent” markalı neftin oktyabr fyuçersinin qiyməti 28 avqust tarixli ticarətin nəticəsində 0,26 dollar (0,34%) enərək bir barelə 75,95 dollar təşkil etmişdir.
Neftin “Brent” və “WTI” markaları arasındakı qiymət fərqi 28 avqust tarixli ticarətin nəticəsində 7,42 dollar/barelə təşkil edir.