16:34 - 23.10.2024
23 oktyabr, Fineko/abc.az. Ölkələr üzrə adambaşına düşən ümumi daxili məhsula (ÜDM) görə lider dövlətlərin adı açıqlanıb.
ABC.AZ xəbər verir ki, sözügedən göstərici üzrə ən yaxşı nəticələr Monakoya aiddir.
Belə ki, Monakoda adambaşına 240 min dollar düşür.
Ölkələrin siyahısını sizə təqdim edirik:
Monako: 240 min dollar
Lixtenşteyn: 187 min dollar
Lüksemburq: 128 min dollar
İrlandiya: 103 min dollar
İsveçrə: 99 min dollar
Norveç: 87 min dollar
Qətər: 87 min dollar
Sinqapur: 84 min dollar
ABŞ: 81 min dollar
Danimarka: 67 min dollar