Qvineya Birliyinin prezidenti: BRİKS Sammiti biz, Afrikalılar üçün də bir fürsətdir

14:36 - 23.10.2024


23 oktyabr, Fineko/abc.az. “BRİKS sammiti yalnız dünya üçün deyil, biz Afrikalılar üçün də bir fürsətdir”.

ABC.AZ xəbər verir ki, bunu "Dirçəliş və inkişaf uğrunda" Qvineya Birliyinin prezidenti Abdulay Kuruma deyib.

"İnkişaf kontekstində, sənaye, səhiyyə, təhsil sahələrində bizim üçün fürsətdir. Buna görə də, digər ənənəvi təşkilatlardan fərqli olaraq, BRİKS-in bütün Afrikalılar üçün imkan ola biləcəyinə inanıram. Və biz BRİKS üzvləri ilə Afrika ölkələri arasında əməkdaşlığını gözləyirik", - A. Kuruma bildirib.