Noyabrda Bakıdan tranzit aviareyslərin ən yüksək orta uçuş qiyməti belədir

12:10 - 22.10.2024


22 oktyabr, Fineko/abc.az. Noyabrda Bakıdan tranzit aviareyslərin ən yüksək orta uçuş qiyməti 1 355,9 avro olmaqla Cənubi Koreyanın paytaxtı Seul istiqamətində qeydə alınıb.

ABC.AZ xəbər verir ki, ilk üçlüyə Yaponiyanın paytaxtı Tokio 1 305,8 avro və Belçikanın paytaxtı Brüssel şəhəri 980,9 avro qiymətlə daxil olub.

Gələn ay Türkiyəyə birbaşa aviareyslərdə ən yüksək qiymət 130,1 avro ilə Antalya şəhərinə olub. Bu şəhərə tranzit uçuş isə 117 avroya başa gəlib.

İstanbula uçmaq birbaşa 90 avroya, tranzitlə 99,7 avroya, Ankaraya uçmaq tranzitlə olmasa da, birbaşa 71 avroya (– 2,1 dəfə), İzmirə uçmaq tranzitlə olmasa da, birbaşa 63,7 avroya, Alanyaya uçmaq birbaşa olmada da, tranzitlə 654,2 avroya başa gəlib.