10:25 - 21.10.2024
21 oktyabr, Fineko/abc.az. ABŞ-nin aviasiya, kosmik və hərbi texnika istehsalında ixtisaslaşan “Boeing” korporasiyası böhranın qarşısını almaq üçün müəyyən addımlar atmağa başlayıb.
ABC.AZ xəbər verir ki, bu barədə “The Wall Street Journal”da (WSJ) məqalə dərc edilib. Sözügedən nəşrdə qeyd edilib ki, şirkət böhrana təsir etmək məqsədi ilə təyyarə istehsalını azaldır.
Şirkət rəhbərliyi artıq hər bir bölməsinin vəziyyəti ilə bağlı hesabatları təhlil edib və yekun qərarını verib. Nəşr vurğulayır ki, keçən həftə şirkət ABŞ ordusu üçün avadanlıq istehsal edən kiçik müdafiə törəmə müəssisəsini satmaq barədə razılığa gəlib.
Müəllif: Elmir Murad
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026