İki il əvvəl yaradılmış lizinq şirkəti ləğv edildi

16:40 - 15.10.2024


15 oktyabr, Fineko/abc.az. "Micro Leasing  and Factoring" MMC -in (VÖEN 1307564001) Ümumi Yığıncağı 13.10.2024-cü il tarixdə hüquqi şəxsin hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən ləğv edilməsi barədə qərar qəbul edib.

ABC.AZ xəbər verir kreditorlar 60 gün ərzində ləğv edilən hüquqi şəxsə qarşı tələblərini AZ1122, BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, HƏSƏNBƏY ZƏRDABİ PR., ev.103, m.M6 M3 ünvana bildirə bilərlər.

Mülki Məcəllənin 61.7-ci maddəsinə əsasən ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaiti ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında ləğvetmə komissiyası (təsviyəçi) tərəfindən ödəniləcəkdir.

2022-ci ildə dövlət qeydiyyatına alınmış və nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi isə Xalid Kamran oğlu Quliyevdir.