15:47 - 11.10.2024
11 oktyabr, Fineko/abc.az. Laçının Bəylik kəndində tikinti işləri davam edir, gələn il buraya 91 ailənin köçürülməsi nəzərdə tutulur.
ABC.AZ xəbər verir ki, bunu Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov deyib.
Onun sözlərinə görə, hazırda Laçının Bəylik və Güləbird kəndlərində tikinti-bərpa işləri davam edir:
“Sus və Zabux kəndləri tikilərək istifadəyə verilib. 59 ailə Sus kəndinə, 217 ailə isə Zabux kəndinə köçürülüb. Sus kəndinin davamı olaraq Bəylik kəndində işlər davam edir. Gələn ilə 91 ailənin buraya köçürülməsi nəzərdə tutulur. Digər layihə isə Güləbird kəndinin tikintisidir. Burada da layihə işləri davam etdirilir. 2025-2026-cı illərdə bu kəndə sakinlərin köçü nəzərdə tutulur”. (Report)
29 İyul 2026
29 İyul 2026