16:16 - 9.10.2024
9 oktyabr, Fineko/abc.az. Litva hökuməti Ukraynaya 13 milyon avro məbləğində infrastrukturun bərpasına məqsədli yardım göndərmək qərarına gəlib.
ABC.AZ xəbər verir ki, bu barədə qərar Nazirlər Kabinetinin iclasında qəbul edilib.
Vilnüs bu vəsaiti dövlət zəmanəti altında borc götürməyi planlaşdırır.
Litva Ukraynaya yardım göstərmək üçün göndərdiyi ümumi daxili məhsulun payına görə Kiyevin tərəfdaşları arasında liderlərdən biridir. Ukrayna böhranı başlayandan buna 1,45 milyard avro xərclənib.