15:48 - 7.10.2024
7 oktyabr, Fineko/abc.az. Keçən ilin avqustunda təsis edilmiş “Azerbaijan İndustrial Group” MMC-nin nizamnamə kapitalı kəskin artırılıb.
ABC.AZ xəbər verir ki, şirkət keçən il təsis edilərkən onun 304 346 346 manat nizamnamə kapitalı vardı.
2024-ci ilin üçüncü rübündən etibarən şirkətin nizamnamə kapitalı 338 184 000 manat və ya 2.1 dəfə artırılmaqla 642 530 346 manata qaldırılıb.
Qeyd edək ki, “Azerbaijan İndustrial Group” MMC 2023-cü ilin avqustunda dövlət qeydiyyatına alınıb.
Şirkətin direktoru Azər Sadıqov Adil oğludur. A.Sadıqov bundan öncə “PASHA Holding” MMC-nin şirkətində və eləcə də STP-də çalışıb.
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
25 Sentyabr 2026
23 Sentyabr 2026