16:26 - 3.10.2024
3 oktyabr, Fineko/abc.az. Azərbaycanda 2024-cü ilin ilk səkkiz ayında 1 milyon 748 min turist səfər edib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu illik müqayisədə 30 faiz artım deməkdir.
Bunların 1 milyon 247 mini turizm və 501 mini digər məqsədlər üçün Azərbaycana səfər edib.
Turistlər Azərbaycana gəlib 2 milyard 297.9 milyon manatlıq xərclər çəkiblər və bunun da 1 milyard 43.42 milyon manatı nəqliyyata çəkilib.