Gələn ay Azərbaycana 160 elektrikli avtobus gətiriləcək

09:59 - 2.10.2024


2 oktyabr, Fineko/abc.az. İddialı layihələrdən biri də ictimai nəqliyyatın elektrikləşdirilməsidir.

ABC.AZ xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov “Sıfır emissiyalı dəniz, yük logistikası və nəqliyyat “ mövzusunda keçirilən paneldə deyib.

Nazir müavini bildirib ki, növbəti ay 160 belə avtobus gətiriləcək və təbii ki, növbəti aylarda bu rəqəm artacaq: “Həm dövlət, həm də özəl şirkətlər bu istiqamətdə işlər görür. Elektrik doldurma məntəqələrinin sayı da artacaq”. (Apa)