11:38 - 1.10.2024
1 oktyabr, Fineko/abc.az. Yens Stoltenberqin NATO-nun baş katibi vəzifəsində davamçısı Mark Rütte səlahiyyətlərini rəsmi olaraq çərşənbə axşamı günü qəbul edəcək və vəzifələrinə başlayacaq.
ABC.AZ xəbər verir ki, səlahiyyətlərin ötürülməsi mərasimi Alyansın Brüsseldəki qərargahında keçiriləcək. Rüttenin Stoltenberqin ittifaqdakı prioritetlərini qoruyacağı gözlənilir. Söhbət Ukraynanı dəstəkləmək, NATO ölkələrini müdafiə xərclərini artırmağa sövq etmək və ABŞ-ı Avropa təhlükəsizliyinə cəlb etməkdən gedir.
14 il vəzifədə olduqdan sonra bu il Hollandiyanın baş naziri vəzifəsindən istefa edən Rütte Ukraynanın qatı tərəfdarıdır.
KİV daha əvvəl Stoltenberqin Münhen Təhlükəsizlik Konfransının rəhbəri olacağını bildirmişdi.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026